ABŞ-da Kapitoli binasına hücumla bağlı 100-dək cinayət işi başlanılıb

16-01-2021, 01:52           
ABŞ-da Kapitoli binasına hücumla bağlı 100-dək cinayət işi başlanılıb
Yanvarın 6-da ABŞ paytaxtındakı Kapitoli binasına edilmiş hücumla əlaqədar 100-dək cinayət işi başlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın federal prokuroru vəzifəsini icra edən Maykl Şervin insidentlə bağlı başlanılmış istintaq araşdırmalarından danışarkən qeyd edib.

“98 cinayət işimiz var, bunların əksəriyyəti ağır cinayətlərdə ittiham olunma üzrə federal işlər və 275 açıq işlərdir. Odur ki, günün sonuna qədər bu işlərin sayı 300-dən çox olacaq”, - Şervin belə deyib.

Öz növbədinfə FTB nümayəndəsi Stiven Dantuno bildirib ki, iğtişaşla bağlı 100-dən çox adam saxlanılıb, 270-dən çox şübhəli müəyyən edilib.

Konqres binasına hücumla bağlı istintaq araşdırmasına Rassel Onorey rəhbərlik edəcək. Bunu ABŞ Konqresinin spikeri Nensi Pelosi jurnalistlərə bildirib. Onun sözlərinə görə, təqaüddə olan general-leytenant bütün Kapitoli kompleksinin təhlükəsizlik infrastrukturunu, qurumlararası qarşılıqlı fəaliyyətini və idarəetmə sistemlərini diqqətlə təhlil edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.