Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır

16-01-2021, 07:59           
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 21 271 yoluxma halı qeydə alınıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 872 941 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 280 nəfər ölüb, ölənlərin ümumi sayı 69 949 nəfər təşkil edir.

Bildirilir ki, hazırda 25 043 nəfərin müalicəsi davam etdirilir, onlardan 2 740 nəfəri reanimasiyadadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.