ABŞ Dövlət katibinin müavinləri məlum olub – “İnqilab ifritəsi” yenə qayıtdı

17-01-2021, 00:26           
ABŞ Dövlət katibinin müavinləri məlum olub –
ABŞ-ın yeni prezidenti Co Bayden Dövlət katibinin müavinləri postuna namizədlər irəli sürüb.

Azpost.info bildirir ki, bu vəzifələri Uendi Şerman və Viktoriya Nuland tutacaq.

Dövlət Departamentində silahlanmaya nəzarət üzrə ekspert postunu Bonni Cenkins təyin olunub. Nuland dövlət katibinin siyasi məsələlər üzrə müavini olacaq. O, dövlət departamentində 30 il işləyib. ABŞ prezidentinin Rusiya və keçmiş SSRİ ölkələri üzrə əsas məmuru olub. Ukraynada 2014-cü ildə inqilab zamanı ABŞ dövlət katibinin müavini olan Nulandın aktiv fəaliyyəti ona “inqilab ifritəsi”ləqəbi qazandırmışdı.

Rusiya Xarici İşlər Nazirliyi onun adını “qara siyahı”ya salıb. Rusiya 2019-cu ildə Moskvada keçiriləcək konfransa dəvət alan Nulanda viza verməkdən imtina edib.

Şerman Obama dövründə İranla aparılan danışıqlar qrupuan rəhbərlik edib. Dövlət katibinin daha bir müavini Baydenin xarici siyasət üzrə köməkçisi Brayn Makkion olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.