Bayden mühüm vəzifələrə namizədlərini açıqladı – Dövlət katibinin müavinləri kimlər olacaq?

17-01-2021, 03:11           
Bayden mühüm vəzifələrə namizədlərini açıqladı –
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Viktoriya Nulandın namizədliyini irəli sürüb.

REN TV xəbər verir ki, bu barədə ABŞ-ın Demokrat Partiyasının yaydığı açıqlamada məlumat verilib.

Xatırladaq ki, Viktoriya Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına kimi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Bundan əlavə, Bayden ABŞ dövlət katibinin müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb.

Qeyd edək ki,V.Şerman Barak Obamanın prezidentliyi dövründə Dövlət Departamenti rəhbərinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.