Almaniyada Merkelin potensial davamçısı məlum oldu - Kansler postunda

17-01-2021, 09:46           
Almaniyada Merkelin potensial davamçısı məlum oldu -
Almaniyada Xristian-Demokratik İttifaqının (XDİ) yeni sədri seçilib. Bu postu uzun illər kansler Angela Merkel tutub.

Alman KİV-nin yazdığı kimi, indi bu postda Merkeli 59 yaşlı Armin Laşet əvəz edəcək. O, Şimali Reyn-Vestfalya federal torpağının Baş-naziridir.

Bu qərar XDİ qurultayı iştirakçılarının elektron səsverməsinin ikinci turunun nəticələri əsasında qəbul olunub. Qurultay iki gün davam edib, bu, partiyanın tarixində ilk dəfə onlayn-formatda keçib.

Partiyanın sədri postu uğrunda bir neçə namizəd mübarizə aparıb, onların sırasında keçmiş parlament fraksiyası sədri Fridrix Merts və Bundestaqın xarici siyasət komitəsinin sədri Norbert Ryötten də olub.

Səvermənin birinci turu qalibi müəyyən edə bilməyib, Merts lider mövqeyində olub. Ancaq ikini turda Laşet qələbəni əldə edə bilib - onn lehinə 521 deputat səs verib, Fridrix Mertsə isə yalnız 466 deputat.

ADİ son 15 ildə hökumət koalisiyasının tərkibinə daxil olur, xanım Merkel isə 2005-ci ildən Federativ Respublika hökumətinin başçısıdır. Partiyanın yeni sədri kansler postuna ən çox ehtimal olunan persona sayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.