Çində koronavirus yenidən qayıtdı - Yoluxma sayı artdı

17-01-2021, 10:08           
Çində koronavirus yenidən qayıtdı - Yoluxma sayı artdı
Çin səlahiyyətliləri koronavirusun yeni növünə yoluxanlar üçün müvəqqəti xəstəxanaların tikintisini bərpa ediblər.

Teref.az xəbər agentliyi məlumat verir ki, son beş gündə ölkənin şimalındakı Hubey əyalətində 1 500 palatalı xüsusi tibb müəssisəsi yaradılıb.

Bildirilir ki, xəstəxana Nanqun şəhərində yerləşir. Ora yanaşı bölgələrdən yoluxmuş insanlar gətirilir.

Önümüzdəki günlərdə Çin hökuməti təxminən 6,5 min ixtisaslaşmış binaya sahib olacaq daha altı oxşar obyekt tikməyi planlaşdırır.

Hər otaq yaxşı havalandırılıb və qızdırılıb, internetə girişi və ayrıca vanna otağı var.

Eyni zamanda, Hubeyin inzibati mərkəzi olan Şitszyaçjuan şəhərində 3 min palatalı bənzər tibb mərkəzi inşa edilir.

Rəsmi statistikaya görə, vilayətdə son iki həftə ərzində koronavirus xəstəliyi yenidən baş qaldırıb. Hal-hazırda bölgədəki xəstəxanalarda təxminən 850 yoluxmuş insan var – 650 nəfərdə hərarət və öskürək müşahidə olunur, təxminən 200 nəfər asimptomatik daşıyıcıdır. / Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru