Almaniyada peyvənd qalmaqalı:peyvənd olunanlara toplanma imtiyazının verilməsi gərginliyə səbəb olub

17-01-2021, 22:20           
Almaniyada peyvənd qalmaqalı:peyvənd olunanlara toplanma imtiyazının verilməsi gərginliyə səbəb olub
Almaniya Xarici İşlər Naziri Hayko Maasın COVID-19-la bağlı peyvənd edilənlər üçün imtiyazların verilməsinə dair təklifi Alman cəmiyyətində böyük bir qalmaqala səbəb olub.

Yalnız sahə üzrə fəaliyyət göstərən təşkilatlar deyil, sosial şəbəkə üzvləri də bu fikri son dərəcə məsuliyyətsiz və zərərli hesab edirlər.

Bundan əvvəl də Maas, yerli mediaya verdiyi müsahibədə bildirmişdi ki, peyvənd edilənlərin hüquqları qaytarılmalıdır:

“Yalnız peyvənd edilən insanlar bir restoranda və ya kinoteatrda toplana bilərlər. Çünki onlar bir-birlərinə təhlükə yarada bilməzlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.