ABŞ hökuməti İraq və Əfqanıstanda hərbçilərinin sayının azalmasına yenidən baxa bilər

27-01-2021, 10:32           
ABŞ hökuməti İraq və Əfqanıstanda hərbçilərinin sayının azalmasına yenidən baxa bilər
astnews.org-un verdiyi xəbərə görə, ABŞ hökumətinin Əfqanıstan və İraqdakı ABŞ hərbçilərinin sayını azaltmaq üçün əvvəlki administrasiyanın qərarına yenidən baxacağı açıqlanıb.

Bu barədə ötən gün ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən “The Wall Street Journal” xəbər verib.

Məlumata əsasən, Donald Trampın ABŞ hərbi kontingentinin həm Əfqanıstanda, həm də İraqda 2500 hərbçiyə endirilməsi qərarı, hazırkı ABŞ lideri Cozef Baydenin rəhbərliyini "Birləşmiş Ştatların strateji rolunu qiymətləndirmək" ehtiyacı qarşısında qoyur. Xüsusilə qəzet Pentaqonun yeni başçısı Loyd Austin qoşunların geri çəkilmə qərarını nəzərdən keçirməyi planlaşdırdığına diqqət çəkib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.