Simonyanın təxribatçı çağırışına Peskovun cavabı

29-01-2021, 17:02           
Simonyanın təxribatçı çağırışına Peskovun cavabı
Rusiya Donbası "qaytarmaq" niyyətində deyil, amma rusdilli əhalinin maraqlarını qorumağa davam edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donetsk şəhərində keçirilən forumda bu ərazilərin RF tərkibinə daxil edilməsinə çağıran Marqarita Simonyanın fikirlərini şərh edərkən deyib.

“Marqarita Simonyan mediamenecer və jurnalistdir. O, heç bir şəkildə Rusiya Federasiyasının rəsmi mövqeyinin ifadəçisi ola bilməz. Gündəlikdə belə bir məsələ yoxdur”, - deyə Peskov bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Ukraynanın daxili böhranının aradan qaldırılmasında yardım səyləri çərçivəsində son dərəcə məsuliyyətli mövqe tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru