ABŞ xaricdən qaçqınların qəbulu üzrə kvotanı artıracaq

5-02-2021, 06:54           
ABŞ xaricdən qaçqınların qəbulu üzrə kvotanı artıracaq
ABŞ-ın yeni administrasiyası xaricdən qaçqın qəbulu üçün kvotanı artırmaq və bu il 125 min nəfərə çatdırmaq niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu prezident Co Bayden ABŞ Dövlət Departamentində ölkənin xarici siyasətinin əsas istiqamətləri ilə bağlı etdiyi çıxışında açıqlayıb.

“Bu gün misilsiz qlobal ehtiyacların ödənilməsinə kömək məqsədilə qaçqınların qəbuluna dair proqramın yenidən bərpası ilə bağlı ağır işlərə başlanılması üçün fərman imzalayacam. Ciddi ziyan vurulmuş bu işi bərpa etmək üçün vaxt lazımdır. Ancaq bu, etməyi düşündüyümüz bir işdir. Fərman ABŞ administrasiyasının birinci tam maliyyə ilində (oktyabrın 1-dən başlayacaq – Red.) 125 min nəfər qaçqının qəbulu ilə bağlı kvotanı bərpa etməyə imkan verəcək”, - deyə amerikalı lider bildirib.

Qeyd edək ki, keçmiş prezident Donald Trampın rəhbərliyi dövründə qaçqınların qəbulu kvotası 2016-cı maliyyə ili üzrə 85 mindən 2021-ci maliyyə ili üzrə 15 minədək endirilmişdi ki, bu da 1980-ci ildə qaçqınlarla bağlı qanunun qəbul edilməsindən bəri ən aşağı göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru