Liviyanın müvəqqəti hökuməti və prezident şurası seçilib

6-02-2021, 00:04           
Liviyanın müvəqqəti hökuməti və prezident şurası seçilib
Liviya siyasi dialoq forumunun İsveçrədə keçirilən iclasında Yaxın Şərq dövlətinin prezident şurası və müvəqqəti hökuməti seçilib.

“Anadolu Agentliyi” xəbər verir ki, Muhamməd əl-Manafi Liviya prezident şurasının sədri, Musa əl-Kuni və Abdullah əl-Lyafi şuranın üzvləri, Əbdül Həmid əl-Dbeyba isə Liviyanın Baş naziri seçilib.

Müvəqqəti hökumətin başlıca vəzifəsi 2021-ci ilin dekabrın 24-də ümumxalq səsverməsinin təşkili olacaq.

Qeyd edək ki, Liviya parlamenti yeni icraedici hakimiyyət nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, artıq xeyli müddətdir, Liviyada icra hakimiyyəti orqanına Faiz Sərrac başçılıq edir. Liviyanın təbii sərvətinə göz dikən bəzi Qərb və ərəb ölkələri, eləcədə Rusiya terrorçu Xəlifə Həftarı dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru