Slovakiyada fövqəladə vəziyyət rejimi 40 gün uzadıldı

6-02-2021, 06:58           
Slovakiyada fövqəladə vəziyyət rejimi 40 gün uzadıldı
Slovakiya Hökuməti koronavirusun yayılması ilə əlaqədar pisləşən epidemioloji vəziyyətə görə 1 oktyabr 2020-ci ildə respublikada bərpa edilmiş fövqəladə vəziyyət rejimini daha 40 gün müdətinə uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırkı fövqəladə vəziyyət rejimi fevralın 8-i bitməli idi, lakin müvafiq qərarla martın 20-dək uzadılıb.

Slovakiya qanunvericiliyinə əsasən, yaxın 20 gün ərzində hökumətin fövqəladə vəziyyət rejimin uzadılması barədə qərarı Milli Şura (parlament) tərəfindən təsdiq edilməlidir.

Qeyd edək ki, Slovakiyada koronavirusa 259 533 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 5 050 nəfəri vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru