Səudiyyə Ərəbistanı Baydenin xarici siyasət çıxışını alqışlayır
6-02-2021, 07:51
Səudiyyə Ərəbistanı Krallığı Birləşmiş Ştatların bu ölkənin suverenliyi və təhdidlərə qarşı durmaq istqamətində müdafiəsi məsələsinə sadiqliyini alqışlayır. Bütün bunlar prezident Co Baydenin çıxışında yer alıb.
Bu barədə fevralın 5-də «SaudiHYPERLINK» dövlət agentliyi xəbər verib.
Krallıq Yəməndə böhranın hərtərəfli siyasi tənzimləməsinə nail olmaq istqamətindəki səylərin dəstəklənməsində özünün qəti mövqeyini təsdiqləyir və bu ərəb ölkəsində vəzyyətin tənzimlənməsində Birləşmiş Ştatların diplomatik səylərini alqışlayır.
Ər-Riyad prezident Co Bayden administrasiyası və ABŞ-ın Yəməndəki səfiri Timoti Lenderkinqlə, Birləşmiş Millətlər Təşkilatı, Yəmənin bütün partiyaları və ərəb koalisiyası üzvləri ilə sıx əməkdaşlığa ümidlə baxır.
Səudiyyə Krallığı bölgəsel problemlərin həllində Birləşmiş Ştatlarla əməkdaşlığın davam etməsinə, möhkəmlənməsinə və koordinasiya olunmasına ümid edir.