BƏƏ istehsalı olan ilk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub

10-02-2021, 07:03           
BƏƏ istehsalı olan ilk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avtomatik Planetlərarası Stansiyasının "Ümid" adı verilən kosmik gəmisi buraxıldıqdan altı ay sonra, fevralın 9-da yerli vaxtla 19.42-də Marsın orbitinə daxil olub.

APA xəbər verir ki, bu barədə ölkənin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, “Ümid”ün Marsın orbitinə çatmasını tarixi nailiyyətdir.

Qeyd edək ki, BƏƏ Marsa kosmik raket göndərən dünyanın beşinci ölkəsidir.

Xatırladaq ki, BƏƏ-yə məxsus kosmik cihaz iyunun 20-də Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən “H-IIA” raket-daşıyıcı ilə Marsa göndərilib.

Aparat Yerdən Marsa təxminən 500 milyon kilometrlik məsafə qət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru