MOSSAD: İran 2 ilə nüvə silahı əldə edəcək

10-02-2021, 08:08           
MOSSAD: İran 2 ilə nüvə silahı əldə edəcək
İran 2 il ərzində nüvə silahına sahib ola bilər.

Axar.az xəbər verir ki, bu barədə MOSSAD-ın İsrailin qarşılaşa biləcəyi təhdidlərlə bağlı illik hesabatında bildirilib.

Hesabatda İranın nüvə silahı istehsal etmək üçün uranı lazımi səviyyədə zənginləşdirmədiyi, ancaq buna qərar verərsə, bu hədəfə 24 ay ərzində çata biləcəyi bildirilib.

Qeyd edək ki, fevralın 1-də ABŞ Dövlət katibi Entoni Blinken İranın uranı zənginləşdirməyə başlayacağı təqdirdə bir neçə həftə ərzində nüvə silahını əldə edə biləcəyini iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru