Navalnının xanımı Rusiyanı tərk etdi

10-02-2021, 22:22           
Navalnının xanımı Rusiyanı tərk etdi
Rusiyalı müxalifətçi bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyanı tərk edib.

Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Navalnayanın "Domodedovo" hava limanından Frankfurt--Mayna uçduğu bildirilir.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

23, 31 yanvar və 2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru