APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib. Pentaqonu ziyarət edən Baydenin sözlərinə görə, ÇXR-lə münasibətdə “ümumhökumət yanaşması”nı inkişaf etdirəcək qrup haqqında ona məlumat verilib. İşçi qrupun qarşıdakı aylarda ÇXR-lə bağlı məsələlərdə əsas prioritetlər barədə tövsiyələr verməsi gözlənilir. “Çindən artan çağırışlara cavab verməliyik”, - Bayden belə deyib.