Myanmada əhali xarici səfirliklərin qarşısında etiraz aksiyaları keçirib - FOTO

12-02-2021, 07:04           
Myanmada əhali xarici səfirliklərin qarşısında etiraz aksiyaları keçirib - FOTO
Myanmanın paytaxtı Neypidoda ölkənin həbsdə olan lideri Aun San Su Cinin azad edilməsi tələbi ilə minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Paytaxtdan əlavə, ən izdihamlı aksiyalar Myanmanın böyük şəhərləri - Yanqon və Mandalayda baş tutub.

Yanqonda etirazçılar xarici ölkələrin səfirlikləri qarşısına toplaşaraq beynəlxalq ictimaiyyəti çevrilişdən sonra hakimiyyətə gələn hərbçilərə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru