Erməni deputat Njdeyə faşist deyən nazir müavinini dəstəklədi

13-02-2021, 14:07           
Erməni deputat Njdeyə faşist deyən nazir müavinini dəstəklədi
Xəbər verdiyimiz kimi, Ermənistanın təhsil və elm nazirinin müavini Janna Andreasyan ölkəsində qəhrəmanlaşdırılan cani Qaregin Njdenin təbliğatının aparılmasını faşizm adlandırıb. Onun sensasion açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb olub. Artıq iki gündür ki, mövzu ətrafında kəskin polemikalar davam edir. Maraqlıdır ki, faşizmi dəstəkləyən ermənilər Andreasyanı tənqid atəşinə tutsalar da, onu dəstəkləyənlər də var.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hakim “Mənim Adımım” fraksiyasından olan deputat Mariya Karapetyan sosial şəbəkə hesabında Njdeni faşist adlandıran nazir müavini Janna Andeasyana dəstək paylaşımı edib.

Deputatın paylaşımı erməniləri qəzəbləndirib

"Ermənilər şərhlərdə onun komandasının "soyqırımı macərasını" xatırladıblar. Qeyd ediblər ki, ən böyük soyğunçu xalqını, vətənini qarət edən Maria Karapetyanın siyasi komandası olub", -deyə erməni KİV-ləri yazıb.

Mariya Karapetyan isə Qaregin Njde adından istifadə edib nazir müavinini aşağılayan vətəndaşları qınadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru