Rusiya 3-cü vaksini hazırladı - Bu ölkənin peyvəndlərindən istifadə edən ölkələr - SİYAHI

14-02-2021, 17:40           
Rusiya 3-cü vaksini hazırladı -
Dünyada koronavirus penvəndinin satışından milyardlar qazanmaq istəyində olan dövlətlər arasında ciddi rəqabət davam edir. Hazırda, ABŞ, Çin və Rusiya vaksin satışı bazarında öz səylərini artırmaqdadırlar. Əsas diqqət isə Rusiyanın üzrətindədir.

Bizimxeber.az bildirir ki, COVİD-19 a qarşı iki peyvəndlə yarışa qatılan Rusiya daha bir yeni və mutasiyaya uğrayan virusa qarşı mübarizə apara bilən 3-cü peyvəndi hazırlayıb. Bu peyvəndin adı barədə hələlik heç bir rəsmi məlumat verilməsə də, onun Rusiya Elmlər Akademiyasının Cumakov İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı Mərkəzində hazırlandığı bildirilir. Yeni peyvənd klinik sınaq mərhələsindədir. Artıq Rusiya Səhiyyə Nazirliyinə qeydiyyatı üçün sənədlər daxil olub.

Ümumiyyətlə, Rusiyanın "Sputnik V" peyvəndinin istifadəsi artıq 20-dən çox ölkədə təsdiq edilib. "Sputnik V" peyvəndi, Çindən gətirilən üç peyvəndi geridə qoyaraq, bir neçə dövlətin təsdiqləməsinə görə, dünyanın ilk üç koronavirus peyvəndindən biridir.

"Sputnik V" peyvəndi hazırda Rusiya, Belarusiya, Argentina, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan, Pakistan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Qvineya Respublikası, Tunis, Ermənistan, Meksika, Nikaraqua, Serbiya, Livan və Myanmarda istifadə olunur.

"EpiVacCorona" koronavirusuna qarşı ikinci yerli peyvənd Novosibirsk mərkəzinin hazırladığı "Vektor" dərmanıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.