Qvineyada Ebola xəstəliyi epidemiyasının başlandığı elan edildi

15-02-2021, 00:05           
Qvineyada Ebola xəstəliyi epidemiyasının başlandığı elan edildi
Qvineya hakimiyyəti rəsmi olaraq ölkənin cənub-şərqində Ebola xəstəliyi epidemiyasının başladığını elan edib. Bu barədə "Guinee114" xəbər portalı hökumətin açıqlamasına istinadən bildirib.

Bildirilib ki, ölkə hökuməti Nzerekore prefekturası və Queke rayonunda Ebola virusunun səbəb olduğu xəstəliyin epidemiyasını elan edib: "Səhiyyə nazirinin başçılıq etdiyi 14 fevral tarixli böhran iclasında epidemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilməsinə, o cümlədən Ebola xəstələri ilə təması olan hər kəsin müəyyənləşdirilməsinə və təcrid olunmasına qərar verildi".

Portal qeyd edib ki, görüşün Ebola xəstələyin əlamətləri olan dörd ölən şəxsdən qan analizlərinin alınmasından sonra keçirilib.virtualaz/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru