Köçəryan Paşinyana qarşı -

16-02-2021, 12:12           
Köçəryan Paşinyana qarşı -
Ermənistanın “Azadlıq” radiosuna verdiyi müsahibəsində Andranik Köçəryan çox diqqətəlayiq nüansları ortaya qoyub. Köçəryanın sözlərinə görə, Serj Sarkisyanın hakimiyyəti dövründə erməni ordusu ən azından atəş açan 1980-ci illərin silahları ilə silahlanmışdısa, son 2,5 il ərzində Patron Davitin “səyləri sayəsində” Ermənistan atəş belə açmayan 1970-ci illərin silahlarını alırdı.

Bir çoxları Andranik Köçəryan və keçmiş Müdafiə naziri Davit Tonoyanın münasibətlərini həmişə gərgin olduğunu bilirlər, lakin müharibədən sonra “günah keçisi” tapmaq tələb olunanda Andranik Köçəryan imkanlarını itirməyib və narazılıq oxlarını Davit Tonoyana istiqamətləndirib.

Nəticədə o, Paşinyanı Davit Tonoyanı Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmağa və bu vəzifəyə öz yaxın adamı Vağarşak Harutyunyanı təyin etməyə inandıra bilib. Və Davit Tonoyanın pis Müdafiə naziri olduuna dair öz mövqeyinin əsaslandırması kimi Andranik Köçəryan məmnuniyyətlə qeyd edir ki, Ermənistan son 2.5 il ərzində 1970-ci illərin atəş açmayan silahlarını alırdı.

Erməni mətbuatı yazır ki, Andranik Köçəryanın Davit Tonoyanı tənqid etmək səbəbləri aydındır.

“Lakin o, Paşinyan hökumətinin 1970-ci illərin atəş açmayan silahlarını aldığını qəbul etdikdə bu halda artıq Andranik Köçəryan “Paşinyanın 80-ci illərin silahları ilə bağlı biabırçı səhifəsini bağlamaq barədə təbliğat şarını partladır”.

Nikol Paşinyanın adi yalançı olduğunu hamı bilir, lakin onun bu məsələdə belə cəmiyyətə demək olar 100 faizlik yalanlar verməyə üstünlük verməsini güman etmək çətin idi, çünki o, təkcə 1970-ci illərin keyfiyyətsiz silahlarını yox, həmçinin raketləri olmadan faydasız “Su-30” qırıcılarını alırdı. Bu gün məktəblilər belə Paşinyanın bütün bunları özünü reklam etmək üçün etdiyini başa düşürlər.

Onun üçün təyyarədə şəkil çəkdirmək və bu fotonu cəmiyyətə təqdim etmək əslində ordunu silahlandırmaqdan daha vacib idi. “Sıravi vətəndaş”ın “ordu islahatlarını” hiss etməsi və görməsi üçün Paşinyanın təbliğat maşını “ordu çiyələyi” barədə təbliğat şarını “oyun sahəsinə gətirdi”, vəziyyəti cəmiyyətə elə təqdim etməyə çalışdı ki, Paşinyanın hakimiyyəti dövründə hərbi xidmət zamanı əsgərin həyatı “All Inclusive” sistemi ilə işləyən otellərdə yerləşməkdən fərqlənmirdi.

Lakin müharibə hər şeyi öz yerinə qoydu və məlum oldu ki, Nikol Paşinyan Artsrun Hovhannisyan kimi cəmiyyətə 100 faiz reallığa uyğun gəlməyən məlumatlar verirdi, bunu indi onun komanda üzvləri belə, başqa siyasi məqsədlər güdmələrinə baxmayaraq, məcburan qəbul edirlər. Sadəcə olaraq aydındır ki, bir məsələdə yalan danışan adam başqa məsələlərdə də yalan danışacaq.

Bu, həyatın aksiyomudur, Paşinyan öz yalanları ilə son olaraq cəmiyyət üçün aşkara çıxarılıb və əslində artıq öz hakimiyyətini uzatmaq üçün şanslara sahib deyil. Onu necə və nə zaman uzaqlaşdırmaq məsələsi isə artıq başqa danışıq mövzusudur”, - deyə məqalədə qeyd olunur.ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.