Putinin qızı sosial şəbəkədə peyda oldu və bir anda qarışdırdı
17-02-2021, 16:47

Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu bildirilən gənc xanım peyda olub.
Cebhe.info xəbər verir ki, söhbət Luiza Rozovadan gedir. Onun Putinin qızı olduğu bildirilir. Gənc qadın “Clubhouse” sosial şəbəkəsində bu adla qeydiyyatdan keçib və öz həyatı barədə danışıb. Faktı Znak.com ortaya çıxarıb.
Gənc qız suallara birbaşa cavab verməkdən yayınıb, Putinin qızı olması barədə suallara da birbaşa cavab verməyib. Ancaq öz maraqları barədə məlumat verib.
Onun sözlərinə görə, sənət və mədəniyyət sahəsində menecment fakültəsində təhsil alır. Söhbət Sankt-Peterburq Texnologiya və Dizayn Universitetindən gedir. Moda da gənc qızın maraq dairəsindədir:
“Mən öz dünyamda yaşayıram. Televizora baxmıram, hərdən “Telegram” kanallarında xəbərlərə baxıram. "Vouge" jurnalı alıram. Qonşuluqdakı restorana getməyi sevirəm, dadlı tort yeyirəm, dostlarımla qeybət edirəm”.
O, Rusiyanı tərk etmək və daimi olaraq xaricdə yaşamaq barədə suallara cavabında "Təbii ki, getmək istəyirəm. Məni xüsusilə Nyu-York, Milan və ya Paris kimi şəhərlərdə yaşamaq fikri cəlb edir. Ancaq təbii ki, öz ölkəmdə, öz şəhərimdə qalacağam. Ola bilsin ki, Moskvaya gedərəm, ora da xoşuma gəlir".
Gənc qız öz səhifəsində bahalı brendlərin çanta və ayaqqabılarını, geyimlərini nümayiş etdirməklə də seçilir.
Gənc qızın səhifəsi qısa zamanda ən çox baxılan, şərh yazılan, bəyənilən səhifələrdən olub, bir çoxları onunla bağlı müzakirələrə qatılıb.