Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib :"Birləşin"

18-02-2021, 23:56           
Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib.

O, müxalif qüvvələri birləşməyə çağırıb.

Sabiq dövlət başçısı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb.

M.Saakaşvili gürcü xalqının iradəsinin yerinə yetirilməsi və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün müxalifət partiyalarını daha böyük konsolidasiyaya dəvət edib.

Keçmiş dövlət başçısı qeyd edib ki, bu prosesə Gürcüstandakı diplomatik korpusun cəlb olunmasını vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru