Bill Qeyts: “Trampın sosial şəbəkə hesabları açılmalıdır”

18-02-2021, 23:26           
Bill Qeyts: “Trampın sosial şəbəkə hesabları açılmalıdır”
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts bəyan edib ki, ABŞ-ın eks-prezidenti Donald Trampın sosial şəbəkə hesabları açılmalı, ona şəbəkələrdə paylaşım etmək üçün şərait yaradılmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Qeyts CNBC telekanalına masahibəsi zamanı danışıb.

“Trampın sosial şəbəkə hesabları açılmalıdır. Düşünürəm ki, ona geri qayıtmağa izacə verilməlidir. Qəribədir ki, heç bir dəlil gətirmədən seçkilərin oğurlandığı barədə bəyanat verilir. Bu çox destruktiv haldır”, – deyə milyonçu keçmiş prezidentin sosial şəbəkələrdən istifadəsi mövzusunu şərh edərkən bildirib.

Xatırladaq ki, yanvarın 6-da Konqres binasına hücumdan sonra Trampın “Twitter”, ardınca da “Facebook” və “Instagram” hesabları bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru