İsveç Finlandiyaya planı təklif etdi: Rusiya ilə müharibə başlasa...
20-02-2021, 12:41

Finlandiya İsveçlə dördüncü nəsil Gripen qırıcılarını əldə etməlidir ki, Rusiya ilə müharibə başlarsa Fin təyyarələri qərbə - qonşu İsveçdəki bazalarda yerləşə bilsin.
Qaynarinfo xəbər verir ki, bu təklifi İsveç Hərbi Hava Qüvvələri Komandirinin müavini, birqada generalı Anders Persson Helsinkiyə ünvanlayıb.
General proqnozunda bir qarşıdurma olduğu təqdirdə, Rusiya təyyarələrinin Finlandiya və İsveç hava sahəsinə şimal-şərqdən girəcəyini bildirib. Bu haqda Defense News məlumat verib.
Eyni zamanda, Perssona görə daha zəif Finlandiya Hərbi Hava Qüvvələri belə bir hücuma tab gətirə bilməyə bilər ki, nəticədə geri çəkilməli olacaqlar.
"Biz iki komandirli bir aviasiya kimi olacağıq", - hərbçi deyib.
Nəşr Finlandiya səlahiyyətlilərinin döyüş təyyarələrinin alınması üçün ümumilikdə 12 milyard dollarlıq bir tender elan etdiyini xatırladır. Tenderdə Avropa və Amerika şirkətləri iştirak edir: F-35 Lightning II (Lockheed Martin), Gripen E / F (Saab), Eurofighter (Airbus), Rafale (Dassault), F / A-18E / F Super Hornet (Boeing).
İki il əvvəl İsveç Hava Qüvvələri Komandiri Mats Helgesson Saab Gripen E qırıcılarının radarlara yaxalanmanı azaltmaq üçün gizli texnologiyaya müraciət etmədən "Suxoy” təyyarələrini məhv etmək gücündə olduğunu bildirib.