Həbsxanada gizli siqaret sexi: tütün Azərbaycandan gedirmiş

10-02-2016, 14:20           
Həbsxanada gizli siqaret sexi: tütün Azərbaycandan gedirmiş
Rusiyanın Sankt-Peterburq şəhərindəki “Yablonovka” həbsxanasında gizli siqaret sexi aşkarlanıb. Virtualaz.org xəbər verir ki, bir neçə gün əvvəl güc strukturlarının əməkdaşlarından ibarət desantın həbsxanada keçirdiyi əməliyyat zamanı aşkarlanan gizli sexin xammalı - tütün Azərbaycandan gedirmiş. Siqaretlərin qutusunu isə Novqoroddan təchiz ediblər.

Peterburq KİV-lərinin yazdığına görə, sexin ərazisi min kvadrat metrə yaxın olub, orada “Belomorkanal” siqaretinin istehsalı üçün 10, “Prima” siqaretinin istehsalı üçün 5 dəzgah olub. İşçilər isə, təbii ki, həbsxana sakinləri, yəni dustaqlar idi.

Həbsxana ərazisində gizli siqaret sexinin aşkarlanması Rusiyanın penitensionar xidmətində geniş yayılmış korrupsiyanın daha bir əlamətidir və böyük qalmaqal doğurub. Məlumatlara görə, həbsxananın rəisi Viktor Boçkov artıq işdən azad edilib. Günlərdir mətbuat bu qalmaqaldan yazsa da, hüquq-mühafizə orqanları cinayət işi qaldırmağı ləngidiblər. Çünki deyilənlərə görə, həbsxana rəisinin penitensionar xidmətdə güclü “krışası” olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.