Putin Rusiyanın İranda tikdiyi nüvə reaktoru barədə: "İşləri davam etdiririk"

21-06-2025, 10:38           
Putin Rusiyanın İranda tikdiyi nüvə reaktoru barədə:
Rusiya İran ətrafında yaranmış çətin vəziyyətə baxmayaraq, Buşehrdəki nüvə reaktoru üzərində işləri davam etdirir.

Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

"Biz İran ətrafında vəziyyətin mürəkkəbliyinə baxmayaraq, İranda, Buşehrdə nüvə reaktoru tikmişik. Biz daha iki nüvə reaktorunun tikintisinə dair müqavilə imzalamışıq. Təhlükəyə baxmayaraq, işi davam etdiririk", - o bildirib.

Putinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın Buşəhr AES-də rus işçilərinin təhlükəsizliyi ilə bağlı tələbini dəstəkləyəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru