Ayıları əhliləşdirib qurban kəsən xalq niyə yoxa çıxır? VİDEO

21-06-2025, 10:14           
Ayıları əhliləşdirib qurban kəsən xalq niyə yoxa çıxır?  VİDEO
Yaponiyanın şimalında, Hokkaydo adasında yaşayan aynular nə yapon, nə də çinlidirlər.

Onlar təbiətlə danışan, ruhlara dua edən və ayını müqəddəs sayan qədim bir mədəniyyətin daşıyıcılarıdır. Aynuların dinində hər şeyin bir ruhu var və bunlara "kamuy" deyilir.

Ən müqəddəs ruh isə ayıya məxsusdur. Aynuların ən böyük ayini olan "Iomante" ritualını yerinə yetirmək üçün onlar qonur ayıları ovlayar, bu zaman ana ayını öldürərək balasını kəndə gətirərdilər. İnsan uşağı kimi baxılan ayı minlərlə insanın toplaşdığı mərasimdə qurban kəsilirdi.

Bu gün Yaponiyada təxminən 25-30 min aynuəsilli insan yaşayır, lakin onların çoxu kimliyini gizlədir, bəziləri isə mədəniyyətlərini yaşatmaq üçün çalışırlar.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru