İspaniyanın Azərbaycana investisiyası 13 dəfəyə yaxın artıb

21-06-2025, 10:14           
İspaniyanın Azərbaycana investisiyası 13 dəfəyə yaxın artıb
2025-ci ilin ilk rübündə İspaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 1,08 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 13 dəfə çoxdur.
İqtisadiyyat.az xəbər verir ki, məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Həmin dövrdə İspaniyadan gələn sərmayələr Azərbaycanın ümumi xarici investisiya portfelində cəmi 0,1% paya malik olub.

Eyni zamanda, Azərbaycan da İspaniya iqtisadiyyatına yatırımlarını əhəmiyyətli şəkildə artırıb – bu ilin ilk üç ayında 20,9 milyon ABŞ dolları sərmayə qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artım deməkdir. Bu göstərici ümumi xarici sərmayələrdə 6,6% paya sahibdir.

Xatırladaq ki, 2024-cü ildə İspaniyadan Azərbaycana cəmi 84 min dollar, Azərbaycandan isə İspaniyaya 8 milyon dollar investisiya yatırılmışdı. Bu ilin ilk rübündə isə Azərbaycan iqtisadiyyatına ümumilikdə 1,52 milyard dollar, xarici iqtisadiyyatlara isə 315 milyon dollar birbaşa sərmayə yönəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru