Müxalifət Yerevanın mərkəzini blokadaya alır və...

27-02-2021, 00:25           
Müxalifət Yerevanın mərkəzini blokadaya alır və...
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Vətənin xilası uğrunda hərəkat"ın yüzlərlə tərəfdarı parlamentin yanındakı Yerevanın mərkəzi prospektini mühasirəyə almaqda davam edir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, etirazçılar müxalifət liderlərinin yeni bəyanatlarını gözləyirlər.

"Bu gün bizim gələcək hərəkətlərimizlə bağlı çox vacib bəyanatlarımız olacaq", - deyə "Daşnaksütyun" partiyasının nümayəndəsi Geqam Manukyan bildirib.

Prospektdə vətənpərvərlik mahnıları səsləndirilir, zibil qutularından və küçə skamyalarından barrikadalar quraşdırılıb. Fəallar zaman-zaman hökumət əleyhinə şüarlar səsləndirirlər. Polislər gücləndirilmiş rejimdə xidmət aparırlar, lakin prospektləri mitinqçilərdən təmizləməyə çalışmırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru