Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir - Plan

1-03-2021, 21:48           
Köçəryan hakimiyyətə bu cür qayıtmaq istəyir - Plan
Bu gün aydın şəkildə demək olar ki, Ermənistan vətəndaş müharibəsinin astanasındadır. Yaxın günlərdə İrəvan küçələrində ermənilər erməniləri öldürəcək: yeni və köhnə Ermənistanın tərəfdarlarının üz-üzə gəldiyi müharibə.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

“Erməni xalqına Vazgen Manukyan və yaxud Onik Qasparyan, onların simasında isə bütün bu müxalifət nə təklif edə bilər?
Onların ölkəni böhrandan çıxarmaq üçün dəqiq proqramları belə yoxdur. Onların Ermənistanın gələcəyi, dünyadakı yeri barədə aydın təsəvvürləri mövcud deyil. Onlar yalnız hakimiyyəti ələ keçirməyə can atırlar. Amma hakimiyyəti, məlum olduğu kimi, qazanmaq asandır, saxlamaq çətin.

Manukyan və Qasparyan hakimiyyəti əllərində tuta biləcəkmi? Əmin deyiləm. Çünki bəzi gizli məlumatlara əsasən, bu, Robert Köşəryan planının bir hissəsidir. Köçəryan asanlıqla hakimiyyəti Manukyan və Qasparyanın əlindən ala biləcək.

O, başa düşür ki, təmiz seçkilər nəticəsində ölkəyə rəhbərlik etmək mümkün olmayacaq, ona görə də çaşqın olan xalq ilə hər bir yolla manipulyasiya edir”, - deyə Arşakyan bildirib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.