Şahzadə Harri anası ilə talelərindəki bənzərlikdən danışıb - FOTO/VİDEO

2-03-2021, 08:42           
Şahzadə Harri anası ilə talelərindəki bənzərlikdən danışıb - FOTO/VİDEO
Sasseks hersoqu Harri məşhur amerikalı jurnalist Opra Uinfriyə anası Şahzadə Diana barəsində danışıb.

Bu barədə BBC xəbər verib.

Şahzadə Harri bir vaxtlar anası ilə baş verən hadisənin onun da başına gəlməsindən narahatlığını etiraf edib.

O, 1996-cı ilin avqustunda Uels Şahzadəsi Çarlzdan boşandıqdan sonra kral ailəsini tərk edən və bütün proseslərdən tək keçən şahzadə Diananın nələr yaşadığını təsəvvür edə bilmədiyini deyib.

“İkimiz üçün də inanılmaz dərəcədə çətin idi, amma ən azından bir-birimizin yanındaydıq”, - deyə Şahzadə Harri əlavə edib.

Sasseks hersoqiniyası öz növbəsində həyat yoldaşı ilə kraliyyət ailəsindən getmələrinin onlarda dərin bir iz buraxdığını etiraf edib.

Qeyd edək ki, reportaj bütünlüklə martın 7-də CBS kanalında nümayiş olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru