Bir çox ölkələrdə "Instagram" və “WhatsApp” işləmir

20-03-2021, 00:17           
Bir çox ölkələrdə "Instagram" və “WhatsApp” işləmir
Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti xəbər lentinə baxışla problemlərlə üzləşiblər
Dünyanın bir sıra ölkələrində "Facebook"a məxsus "Instagram" sosial şəbəkəsində və “WhatsApp” mesencerinin işində problemlər yaranıb.

AYNA xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin saytında bildirilir.

Sosial şəbəkədən ən çox şikayətlər ABŞ-dan, Rusiyadan, Argentinadan, Braziliyadan, Böyük Britaniyadan, Almaniyadan və Avropanın digər başqa ölkələrindəndir.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 76 %) xəbər lentinə baxışla problemlərlə üzləşiblər. Bununla yanaşı, təxminən 15 % istifadəçi sosial şəbəkəyə daxil ola bilmir. Eyni zamanda istifadəçilərin 23 %-i bildirib ki, fəaliyyət tarixçəsinə baxmaqdan məhrum olub.

“WhatsApp” mesencerinin 71 faizi isə tətbiqin işində problem yaşandığını bildirib. 26 faiz istifadəçi isə mesajların göndərilməsində və qəbulunda çətinik çəkir. Cəmi 1 faiz istifadəçi öz hesabına daxil ola bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru