Co Bayden Kamala Harrisin özündən ağıllı sayır

21-03-2021, 00:36           
Co Bayden Kamala Harrisin özündən ağıllı sayır
ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatların Vitse-prezident Kamala Harris ondan daha ağıllıdır.

Bu barədə “The Mediate” məlumat yayıb.

Məlumata görə, Cozef Bayden bunu Atlantada Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzdə deyib. Kamala Harrisi təqdim edən ABŞ rəhbəri bir sıra suallara cavablandırarkən vitse-prezidenti yüksək qiymətləndirib.

"Buna heç bir əlavəm yoxdur, cənab Prezident", - Harris cavabında deyib.

Qeyd edək ki, Bayden daha əvvəl Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Belə ki, ABŞ Prezidenti ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidentinə dövlət başçısı deyib.

Yeri gəlmişkən, “Report” xatırladır ki, əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.