Almaniyada son sutkada 99 nəfər COVID-19-dan ölüb 21-03-2021, 10:14 Son sutka ərzində Almaniyada yeni növ koronavirusa (COVİD-19) 13 733 yoluxma halı aşkarlanıb, 99 nəfər ölüb.APA-nın xəbərinə görə, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat yayıb.Ümumilikdə pandemiya başlanandan indiyə qədər Almaniyada 2 659 516 nəfər koronavirusa yoluxub, 74 664 nəfər ölüb. Facebook-da paylaş