İranda terror - Ölən və yaralananlar var

21-03-2021, 14:08           
İranda terror - Ölən və yaralananlar var
İranın cənub-şərqində terrorçular tərəfindən partlayış törədilib.

Teref.az-ın məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, partlayış Sistan və Bəluçestan vilayətininin Saravan rayonunun yaşayış məntəqələrindən birində yerli vaxtla təxminən saat 09:30-da törədilib.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Yaşayış məntəqəsinin və partlayışı törədən terror qruplaşmasının adı açıqlanmır. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru