Raket hücumları Ər-Riyadı hərəkətə keçirdi: Xüsusi planbackend

21-03-2021, 22:05           
Raket hücumları Ər-Riyadı hərəkətə keçirdi: Xüsusi planbackend
Səudiyyə Ərəbistanının “Aramko” neft şirkəti neftayırma zavodları və boru kəmərlərini Yəmən ərazisindən atılan raket və PUA-ların hücumundan qorumaq üçün xüsusi plan hazırlayıb.
Teref.az xəbər verir ki, bu barədə rəsmi SPA informasiya agentliyinə şirkətin icraçı direktoru Amin Nasser məlumat verib.

Paytaxt Ər-Riyadda neftayırma zavoduna son hücumdan sonra “Aramko” xüsusi mühafizə tədbirləri görüb. Belə ki, bütün neft təsislərinin ətrafında hava hücumundan müdafiə sistemi yaradılıb.

İcraçı direktor deyib ki, husi qiyamçılarının hücumları qlobal neft bazarında yaranmış sabitliyə ciddi təhlükə törədir. Onun sözlərinə görə, atılan PUA və raketlərin bir çoxu zərərsizləşdirilib. /Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru