Çin Avropa Parlamentinin üzvlərini “qara siyahı”ya saldı

23-03-2021, 00:13           
Çin Avropa Parlamentinin üzvlərini “qara siyahı”ya saldı
Çin Xalq Respublikası Sinszyan-Uyğur muxtar vilayəti ilə bağlı Avropa İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. “Report”un məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, rəsmi Pekin bu şəxsləri Çinin daxili işlərinə qarışdığı üçün “qara siyahı”ya salıb.

Siyahıda Avropa Parlamentinin beş üzvü - Raynhard Butikofer, Mixael Qaler, Rafael Qlyuksmann, İlhan Küçük, Miriam Leksman da var.
Eyni zamanda niderlandlı parlamentar Syord Syordsma, Belçika parlamentinin üzvü Samuel Koqolati, Litva seyminin üzvü Dovil Şakalene, almaniyalı alim Adrian Çenç və isveçli tədqiqatçı Born Erdenin də adı Çinin sanksiya siyahısına düşüb.

Rəsmi Pekin bildirib ki, Aİ insan hüquqları ilə bağlı ikili standartlara son qoymasa, sanksiyalar davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru