Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peyklərini göndəriblər

22-03-2021, 23:04           
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peyklərini göndəriblər
Martın 22-də Rusiyanın "Soyuz 2.1" raketdaşıyıcısı ilə 18 ölkənin, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin peykləri kosmosa göndərilib.
Teref.az AZƏRTAC-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Rusiya raketdaşıyıcısı ilə iki - "Şahin" və "CubeSat" peyklərini kosmik fəzaya göndərib. Raketin buraxılışı Qazaxıstandakı "Baykonur" kosmodromundan həyata keçirilib.

Səudiyyə Ərəbistanının "Şahin" peyki dəniz marşrutlarını izləmək və fotoşəkillər çəkmək, "CubeSat" isə Beynəlxalq Kosmik Stansiya ilə kiçik və böyük ölçülü peyklər arasında əlaqə saxlamaq məqsədilə kosmosa göndərilib. Hər iki peyk Səudiyyə Kral Universitetində hazırlanıb.

Birləşmiş Ərəb Əmirliklərinin nanometrik peyki isə ətraf mühitin mühafizəsi funksiyasını həyata keçirəcək. Onun sayəsində Dubay bələdiyyəsi və Məhəmməd bin Rəşid Kosmik Mərkəzi ölkə ərazisində havanın keyfiyyəti xəritəsini tərtib edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru