Parlamentə qaz bombası atan siyasətçi spiker seçildi
22-03-2021, 23:35
Kosovonun “Öz müqəddəratını təyinetmə” hərəkatından deputat olan Qlauk Konyufça parlamentinin sədri və prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı seçilib.
Axar.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı Konyufça 69 səslə qalib olub.
Parlament sədri vəzifəsinə keçdikdən sonra Konyufça prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə də yiyələnib.
Qeyd edək ki, Konyufça 2016-cı ildə Monteneqro ilə sərhədin müəyyən olunması ilə bağlı aparılan müzakirələr zamanı parlamentdə daxil olaraq zala gözyaşardıcı qaz tullamışdı.