Çinə güzəştə getmək niyyətində deyilik - Sallivan

23-03-2021, 07:14           
Çinə güzəştə getmək niyyətində deyilik - Sallivan
ABŞ Prezidenti Co Bayden administrasiyası Çinlə son danışıqlar zamanı əsas məsələlərdə güzəştə getmək niyyətində deyildi.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ iki ölkənin maraqlarının üst-üstə düşdüyü məsələlərdə Çinlə dialoq aparmağa hazırdır.

“Bunlar iqlim dəyişikliyi ilə mübarizə, İran və Əfqanıstan kimi məsələlərdir. Amma ABŞ tərəfi bəzi məsələlərdə heç bir güzəştə getməyəcək”, - Sallivan bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ və Çin rəsmiləri arasında Alyaskada görüş keçirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru