Çinin xarici işlər naziri İrana səfər edəcək

23-03-2021, 07:25           
Çinin xarici işlər naziri İrana səfər edəcək
Çinin xarici işlər naziri Van İ İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə İrana rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, Çin xarici işlər nazirinin iki günlük səfəri 26 martda başlayacaq.

Xətibzadə əlavə edib ki, Çin xarici işlər naziri səfər çərçivəsində İran prezidenti ilə də görüşəcək:

“Görüşlərdə ikitərəfli strateji münasibətlərin gücləndirilməsi yolları araşdırılacaq, regional və beynəlxalq proseslər barədə fikir mübadilələri aparılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru