İrəvanda məmur və zabit övladları arasında dava

24-03-2021, 07:37           
İrəvanda məmur və zabit övladları arasında dava
İrəvanın mərkəzində baş verən davada məmurların və güc strukturlarının yüksək rütbəli zabitlərinin oğulları bir-birini bıçaqlayıb.

Teref.az Musavat.com-a istinadla xəbər verir ki, “Mikaelyan” tibb mərkəzinə bıçaqlanmış şəxsin gətirilməsindən sonra hərəkətə keçən polis onun paytaxt sakini 27 yaşlı Armen Movsisyan olduğunu dəqiqləşdirib. Hələlik həkimlər iki yaralını xilas etməyə çalışırlar.

Əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Armen Mkrtçyan və 35 yaşlı Mkritiç Mkrtçyan saxlanılıb. Onların qardaş olduqları bildirilir. Qardaşlarla birgə A.Movsisyan və 36 yaşlı Artem Mkrtçyan 18 yaşlı Artur Sardaryan, David Tonapetyan, Tiqran Paronikanyan, 21 yaşlı Vaqe Paronikyan, Qarik Varosyan, Sərkis Nikoqosyan, Melo Kirakosyan və Nikolay Mamyanla mübahisə edib.

Hakimiyyət böhranının davam etdiyi Ermənistanda belə kütləvi dava o qədər də təəccüb doğurmur. Lakin davada məmur və yüksək çinli zabitlərin övladlarının iştirakı geniş səs-küyə səbəb olub. Hələlik məmur və zabitlərin adları açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru