ABŞ qoşunlarını Əfqanıstandan NATO ilə birlikdə çıxaracaq

25-03-2021, 07:13           
ABŞ qoşunlarını Əfqanıstandan NATO ilə birlikdə çıxaracaq
ABŞ və NATO hələ qoşunların Əfqanıstandan çıxarılması haqqında qərar qəbul etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın xarici işlər nazirlərinin görüşünün nəticəsinə əsasən keçirilən brifinqdə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Görüşdə ilk dəfə dövlət katibi kimi iştirak edən Blinkenin sözlərinə görə, bununla bağlı qərar yalnız Şimali Atlantika alyansındakı müttəfiqlərlə birlikdə qəbul ediləcək.

"Biz müttəfiqlərlə qoşunların çıxarılması haqqında qərar üzrə aktiv məsləhətləşmələri davam etdirəcəyik", - deyə o qeyd edib. ABŞ rəsmisinin sözlərinə görə, Bayden bildirib ki, "Taliban" hərəkatı ilə razılaşmaya əsasən mayın 1-də qoşunları Əfqanıstandan çıxarmaq ABŞ üçün çətin olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru