ABŞ-da koronadan ölənlərin sayı yarım milyonu ötüb
30-03-2021, 22:49
ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 69 417 yeni yoluxma faktı qeydə alınıb. APA-nın xəbərinə görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində 701 nəfər koronavirusdan vəfat edib. ABŞ-da indiyədək 30.3 milyondan çox şəxs bu infeksiyaya yoluxub, onlardan 550 071 nəfəri vəfat edib.