Lüksemburqun ermənipərəst oyunlarının sonu: Frank Engel partiya sədri vəzifəsindən istefa verdi

31-03-2021, 00:47           
Lüksemburqun ermənipərəst oyunlarının sonu:
Lüksemburqun Xristian Sosialist Xalq Partiyasının milli komitəsinin bu günlərdə yayımladığı bəyanata görə, partiyanın sədri Frank Engel öz vəzifəsindən istefa verib.

Yerli RTL teleşirkətinin məlumatına əsasən, bu barədə xəbər F.Engelin mətbuata partiya sədri olaraq, öz gələcəyilə bağlı qəti qərar vermədiyini söyləməsindən bir neçə saat sonra açıqlanıb.

Qeyd olunan bəyanatdan sonra keçirilən mətbuat konfransında keçmiş sədr öz adını təmizə çıxarmağa çalışıb. Belə ki, onun istefasına səbəb 2019-cu ildə “CSV Frëndeskrees ASBL” qeyri-kommersiya qurumu ilə saxta müqavilə bağlaması iddiası ilə partiya yoldaşlarının ölkə prokurorluğuna müraciət etməsi olub. Siyasətçinin adıçəkilən təşkilatdan məvacib aldığı da qeyd olunub. Lakin konfrans zamanı F.Engel qanunu pozmadığını və üzr istəyəcək bir əmələ yol vermədiyini bildirib.

Qeyd edək ki, F.Engel öz ermənipərəst mövqeyilə tanınır. Odur ki, bədnam qonşularımızın təəəsübkeşliyini çəkən birisinin saxta işlərdə adının hallanması heç də təəccüblü deyil. Atalarımız əbəs yerə deməyiblər ki, atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.

Bir sözlə, Lüksemurqun ermənipərəst oyunlarının sonu belə də bitməli idi. Ümid edirik ki, antiazərbaycan təbliğatı və təxribatları ilə məşğul olan Almaniya siyasətçiləri lüksemburqlu həmkarlarının başına gələnlərdən ibrət götürəcəklər. Axı gec-tez onları da oxşar aqibət gözləyir. Bunu anlamaq üçün isə “mahir siyasətçi” olmaq heç də vacib deyil. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru