Ukrayna Radasında Poroşenkonun da iştirakı ilə dava baş verib

31-03-2021, 08:07           
Ukrayna Radasında Poroşenkonun da iştirakı ilə dava baş verib
Ukrayna Ali Radasında sabiq prezident Petro Poroşenko ilə “Xalqın xidmətçisi” partiyasından olan deputatlar arasında dava baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı “Politika stranı” teleqram kanalında videogörüntülər ortaya çıxıb.

Kadrlardan aydın olur ki, Poroşenko sədri olduğu “Avropa həmrəyliyi” partiyasından olan millət vəkili İrina Qeraşenkonun çıxışı zamanı kürsüyə yaxınlaşmağa çalışıb. Lakin “Xalqın xidmətçisi” partiyasının nümayəndələri onun qarşısını alıblar.

Parlamentin spikeri Dmitri Razumkov tərəflərini sakit olmağa çağırıb. Daha sonra sabiq prezident və tərəfdarları kürsüyə yaxınlaşmağı bacarıblar.

Qeraşenkonun çıxışı martın 20-də Kiyevdə Ukrayna prezidentinin ofisi yaxınlığında keçirilən mitinqin tənqid edilməsinə dair qərar layihəsinə həsr olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru