Ukrayna-Rusiya müharibəsi başlayır - ORDUYA TƏLİMAT VERİLDİ

1-04-2021, 10:09           
Ukrayna-Rusiya müharibəsi başlayır -
Ukrayna ilə Rusiya arasında münasibətlər son dərəcə pisləşib.

Redaktor.az bildirir ki, Ukrayna artıq Rusiya ilə olan turizm razılaşmasından imtina edib. Rusiya isə Ukraynaya neft məhsulları ixracını rəsmi olaraq dayandırmaq qərarına gəLib.

Rusiya artıq Ukrayna sərhədinə xeyli ağır texnika yığmağa başlayıb. Eyni zamanda, Rusiya Hava Qüvvələri Ukraynaya yaxın əraziyə cəlb edilir. Tərəflər arasında atəşkəsin rəsmi olaraq bitməsi mümkün olduğu və müharibə təhlükəsi yüksək olduğu görünür.

Qeyd edilir ki, Rusiya hökuməti bütün dəmir yolları şəbəkəsinin hərbi daşımalar üçün istifadəyə verilməsinə göstəriş verib.

Digər tərəfdən, ABŞ hökuməti Ukraynaya ciddi dəstək göstərməyə başlayıb. Onların hərbi təminat və təchizat daşıyan gəmisi Ukraynaya çatıb. Bütün Avropada olan NATO qüvvələrinin həyəcan vəziyyətinə gətirildiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru