Almaniyanın müdafiə naziri də hərbi xərcləri artırmağa çağırdı - Rusiyanın davranışına görə

4-04-2021, 18:12           
Almaniyanın müdafiə naziri də hərbi xərcləri artırmağa çağırdı -
Almaniya Federativ Respublikasının (AFR) müdafiə naziri Anneret Kramp-Karrenbauer hesab edir ki, Rusiyanın siyasəti Avropa üçün «çağırışları artırıb».

Nazir uyğun bəyanatı aprelin 3-də “Redaktions ­Netzwerk Deutschland” (RND) alman nəşrinə verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, AFR öz maraqlarından və təhlükəsizliyindən yan keçməməlidir - bununla əlaqədar ölkə müdafiə güclərinə daha çox vəsait yönəltməlidir.

Nazir qeyd edib ki, bunu ABŞ-a xidmət şəklində yox, Almaniya dövlətinin təhlükəsizlik maraqları naminə, bəzi beynəlxalq təhdidlərin fonunda etmək lazımdır.

«Çağırışlar artır - yeni texnologiyalarla, hibrid təhdidlər şəklində və həm də bölgəsəl səviyyədə Rusiyanın davranışı nəzərə alınmaqla» - deyə, nazir bildirib.

Karrenbauer əlaə edib ki, çağırışlar o cümlədən, Çinin sistemli qarşıdurması səbəbilə çağırışlar daha da çoxalır.

Bu zaman Almaniya məhz «Rusiyanın davranışı» ilə bağlı müxtəlif hücumların mərkəzində yerləşir.

«Əgər biz, təhlükəsizlik və çiçəklənmə şəraitində yaşamaq istəyiriksə, təhlükəsizliyimizə investisiya qoymalıyıq» - deyə, nazir fikrlərini belə yekunlaşdırıb.

"AzPolitika.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru